main-post-cover

    Nokia 8-in ilk görüntüsü sızdırılıb (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Məlum olub ki, CES 2017 sərgisi çərçivəsində Nokia 8 smartfonu aşkar edilib.

    Hələki rəsmi anonsu olmayan Nokia 8 modelinin ilk videoları sızdırılıb. Sözügedən modelin, MWC 2017 tədbirində anons olunacağı gözlənilir. Lakin bunun əvəzinə CES 2017-də Nokia 6 cihazı təqdim olunmuşdu. O, flaqman hesab olunmasa da diqqətləri cəlb edə bildi. Həmin smartfon hələki Çin bazarı üçün nəzərdə tutulub. Digər adı Nokia Supreme olan Nokia 8 modeli daha maraqlı olmağa iddialıdır. Smartfon iki versiyada təqdim olunacaq. Onlaran biri Snapdragon 821 prosessoru və 4 GB RAM, digəri isə Snapdragon 835 prosessoru və 6 GB RAM ilə təchiz olunacaq. Məlumata əsasən Nokia 8-in əsas versiyası ya 64 yadaki 128 GB daxili yaddaşa (microSD dəstəkli) sahib olacaq. Smarfonun sahib olacağı 24 MP-lik arxa kamera isə elektron və optik stabilizasiya xüsusiyyətini özündə birləşdirəcək. Ön kamera isə 12 MP olacaq.
    Linki kopyala