main-post-cover

    "Nokia" Android 7 Nougat əməliyyat sistemi ilə Planşet istehsal edir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Yavaş-yavaş yeni telefon modellərini görməyə başladığımız Nokia-nın 13.8 inç böyüklüyündəki planşeti də ortaya çıxdı.

    Telefon bazarına təkrar addım ataraq təkrar əfsanə günlərinə qayıtmağı hədəfləyən Nokia-nın telefon modellərindən sonra indi də planşeti göründü.
    37 dollarlıq Nokia 216 və çox da pis sayılmayan xüsusiyyətlərə sahib D1C-dən sonra yenə D1C adında, lakin planşet olduğunu gördüyümüz modelin xüsusiyyətləri GFXBench-də ortaya çıxdı. Modelin xüsusiyyətləri sıra ilə aşağıdakı kimi olacaq:

    1,4 GHz sürəti ilə işləyən 8 nüvəli Quallcomm Snapdragon 430 prosessor
    Adreno 505 video prosessor
    13.8 inç böyüklüyündə və 1080p keyfiyyətində ekran
    3 GB RAM, 16/32 GB daxili yaddaş
    Android 7.0 Nougat əməliyyat sistemi
    16 MP arxa, 8 MP ön kamera

    Planşetin qiyməti və təqdimat tarixi ilə bağlı bir məlumat hələki yoxdur.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər