main-post-cover

    Nokia, Apple-ı məhkəməyə verdi

    Elm & Texnologiya
    07.05.2017
    Orkhan Karimov

    Nokia yalnız mobil telefon istehsalından deyil, patentdən də pul qazanmaq niyyətindədir.

    Uzun müddətdir texnoloji yenilikləri uzaqdan izləyən Nokia şirkəti, edəcəyi yeniliklərlə çox böyük rəqabət mühiti formalaşdırmaq niyyətindədir. Belə ki, Nokia qısa müddət ərzində bir deyil, bir neçə telefonla biznesə giriş etmək istədiyini göstərdi. Bundan əlavə son gələn məlumatlara görə şirkət yalnız telefon istehsalından deyil, həmçinin sahib olduğu patentlərdən də pul qazanmaq niyyətində olduğunu bildirib. Məhz buna görə də Nokia, Apple-ı məhkəməyə verib.
    Xatırladaq ki, bu texnologiya aləmində ilk hadisə deyil. Belə ki, SamsungApple şirkətləri bu mövzuda uzun müddət bir-birilə mübarizə aparmışdı. İndi isə bu siyahıya Nokia və Apple arasında olan patent davası da əlavə olundu.

    Texnologiya sahəsində çoxlu sayda patentə sahib olan Nokia şirkəti Apple-ın iPhone istehsalında bu patentlərdən istifadə etdiyini və gərəkən ödəməni etmədiyini iddia edir. Apple isə bu mövzuda hər zaman diqqətli davrandığını və ödəmə etdiyini, amma Nokia-nın adil qiymət ödənişi siyasəti yerinə yetirmədiyini iddia edir. Buna görə də Apple öz növbəsində Nokia-ya haqsız qazanc əldə etmək istəyi iddiasıyla məhkəmə prosesi başladıb.
    Göründüyü kimi qarşıdakı illərdə texnologiya sahəsini maraqlı günlər gözləyir.
    Linki kopyala