main-post-cover

    "Nokia", "Apple" ilə bağlı yeni ittihamlar irəli sürdü

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Nokia” şirkəti, "Apple”a qarşı müxtəlif ölkələrin məhkəmələrində yeni ittihamlar qaldırıb.

    Yeni ittihamlarda qeyd olunub ki, "Apple” məhsulları, "Nokia”nın patent hüquqlarını pozur. Lakin həftənin əvvəlində söhbət yalnız ABŞ və Almaniya-dan gedirdisə bu dəfə siyahıda 11 ölkə qeyd olunub. Həmdə bu dəfə patentlərin sayı 40-a çatıb. "Nokia” şirkəti, "Apple”ı ittiham etdiyi hər bir patent üzrə tam siyahını təqdim edib. Ən çox patent hüquqlarının pozulması ABŞ-da (18 patet) qeyd olunub. Almaniyada isə 3 ittiham irəli sürülüb. Deməli Düsseldorfda 8 patent, Manheymdə 4 patent, Münhendə isə 2 patent ittihamı qeydə alınıb. Digər ölkələrə gəldikdə isə İtaliyada 4 patent, Finlandiyada, İngiltərədə, İsveçdə, və Niderlandda 3 patent, Yaponiyada 2 patent, İspaniya və Fransada isə hərəsində bir patent ittihamı qeydə alınıb.
    Bundan əlavə olaraq "Nokia”, "Apple”ın 8 patent hüququnu pozması ittihamı ilə bağlı ABŞ-ın beynəlxalq ticarət komissiyasına müraciət edib. Şirkətin ittihamları, ekran istehsalı texnologiyalarını, istifadəçi interfeysi, proqram təminatı, anten, çiplərin istehsalı və videoların kodlaşdırılması üzrə patentləri əhatə edir. İttiham proseslərinin başlamasından sonra isə "Apple”, məhkəməyə "Nokia” ilə bağlı ittihamlar sürüb. "Apple” bildirib ki, "Nokia”, əlavə vəsaitlərin əldə olunması üçün 2011-ci ildə razılaşmadan bəzi patentləri çıxardaraq onları kənar şirkətlərə təqdim edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər