Nokia C1-in ilk foto və texniki göstəriciləri sızdırıldı

3194

Weibo sosial şəbəkəsində Nokia C1 smartfonun ilk foto və texniki göstəriciləri sızdırılıb.

Məlumata əsasən Nokia C1, Snapdragon 830 prosessoru, 4 GB RAM, 32/64/128 GB daxili yaddaş, 3210 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. "Technote.az”ın "Weibo”a istinadən verdiyi xəbərə əsasən cihaz ikili arxa kameraya sahib olacaq. Onlardan biri 16 MP, digəri isə 12 MP olacaq. Nokia C1, USB-C girişi ilə təmin olunacaq və Android 7.1 əməliyyat sistemi vasitəsilə çalışacaq. Smartfonun hansı növ ekrana sahib olacağı isə hələki bilinmir. Təqdim olunmuş məlumatda qeyd olunub ki, cihaz 2017-ci ilin birinci rübündə anons ediləcək və o, "HMD Global” şirkəti tərəfindən istehsal olunacaq. Smartfonun qiyməti hələki məlum deyil. Əgər bu məlumatlar doğru olsa onda bizi yaxşı performanslı və qiyməti 500$-a kimi olacaq bir smartfon gözləyir.