main-post-cover

    Nokia D1C haqda yeni görüntülər və məlumatlar sızdırıldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Nokia-nın hər kəsin marağına səbəb olan yeni telefonu D1C haqda yeni məlumatlar və görüntülər paylaşılıb.

    Bir müddət əvvəl Nokia-nın yeni ağıllı telefonu D1C haqda məlumat paylaşmışdıq. Amma bu dəfə yenidən paylaşılan şəkillər keçən dəfəkindən bir qədər fərqlidir. Nokia D1C-nin bir orta büdcəli, digəri isə bir qədər bahalı olmaqla iki versiyasının təqdim olunması gözlənilir. Hər iki telefon Android 7.0 Nougat əməliyyat sisteminə sahib ola bilər. Bu dəfə görüntüsü yayımlanan D1C modelinin isə orta büdcəyə aid olduğu bildirilir.

     
    Bu versiyanın Snapdragon 600, 4GB RAM64GB daxili yaddaşa sahib olacağı gözlənilir. D1C modellərindən biri 5 inç, digəri isə 5.5 inç ekrana sahib ola bilər. Hər ikisinin ekran keyfiyyətinin 1920 x 1080 olacağı haqda məlumat verilir. Bu iki telefon arasında fərq isə barmaq izi sensorunun olması ilə seçiləcək. Admiral modeldə ön hissədə barmaq izi sensorunun olması gözlənilir. Orta sinif modeldə isə bu xüsusiyyətin yer almayacağı güman olunur.
    Nokia D1C-nin gələcək ay Las Veqasda baş tutacaq CES 2017-də rəsmən tanıdılması gözlənilir. Hər il baş tutan bu tədbir 5 yanvardan 8 yanvaradək olan müddəti əhatə edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər