Nokia D1C-nin fotoları sızdırılıb

742

"Nokia” şirkəti ilin sonuna kimi iki yeni smartfonu təqdim edə bilər.

Çinin Weibo adlı sosial şəbəkəsində həmin modellərdən biri olan D1C-nin fotoları sızdırılıb. Daha öncə qeyd olunmuşdu ki, yeni mobil telefonlar smartfon olacaqlar. Lakin bəzi mənbələrin qeyd etdiklərinə görə onlar 13.8 inç ekrana sahib olacaqlar. Fotolardan görmək olar ki, cihazın kamerası qeyri-adi şəkildə dizayn edilib. Bu xüsusiyyət yeni Nokia modellərinin üstün cəhəti ola bilər. Həmçinin fotolar deməyə imkan verir ki, mobil telefonlar sözün əsl mənasında böyük olacaqlar. Lakin buna baxmayaraq dəqiq ekran ölçüsünü söyləmək çətindir. Bir neçə müddət bundan öncə isə D1C-nin texniki göstəriciləri sızdırılmışdır.

Full HD ekran

64 bit-lik 8 nüvəli Qualcomm Snapdragon 430 prosessoru, Adreno 505 qrafik çipi

3 GB RAM, 32GB daxili yaddaş

13 MP arxa və 8 MP ön kamera

Android 7.0 Nougat əməliyyat sistemi