main-post-cover

    Nokia-dan açıqlama: Snapdragon 835-li flaqman smartfon gələcək!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Nokia-nın bu il içində bazara buraxacağı telefonlardan birinin flaqman olacağı iddiaları ortalıqda dolaşarkən bu iddia, Nokia China tərəfindən də təsdiqləndi.

    Nokia, Çində bazara buraxılan Nokia 6 ilə ağıllı telefon bazarına uğurlu bir təkrar daxil olma yaşasa da köhnə görkəmini geri qazanması üçün qarşısında daha qət etməli olduğu çox yol var. HMD Global, bu il içində ən az 6-7 ədəd Nokia markalı telefonu bazara çıxaracaq. Bunlardan bir neçəsinin isəMWC 2017-də təqdim edilməsi gözlənilir.
     
    MWC 2017-ci ildə təqdim ediləcək olan bu bir neçə telefondan birinin flaqman olacağı deyilir. Bunlarla bağlı mühüm bir iddia isə, Nokianın yeni flaqman telefonunun CES 2017-dəki Qualcomm stendində görüldüyü idi. Ancaq Qualcomm, bu iddianı rədd etdi. Buna baxmayaraq Nokia China, yeni flaqman telefonu ilə bağlı ilk ciddi məlumatları paylaşdı. Çinin sosial paylaşım saytı Weibo-da flaqman telefon istədiyini bildirən Nokia izləyicisinə cavab verən Nokia China, Qualcomm Snapdragon 835 ilə işləyən bir telefonun gələcəyini bildirdi. Bu telefonun daha əvvəl sözügedən Nokia 8 ya da Nokia P1 olmaq ehtimalı çox yüksəkdir, beləki onun da Qualcomm Snapdragon 835 ilə işləyəcəyi deyilirdi.
    Hər nə qədər Nokia-nın yeni flaqman modelinin MWC 2017-də elan ediləcəyinə dair söyləntilər olsa da bu telefonun MWC 2017-də elan edilib-edilməyəcəyi dəqiq olaraq bilinmir. Ancaq Nokia 6-nı gördükdən sonra, bu yeni flaqman model üçün də gözləməyə dəyər kimi görünür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər