main-post-cover

    Nokia. Əfsanə geri qayıdır!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Nokianın ağıllı telefonlara keçidi vaxtında əlimizdən düşməyən klassiklərini yenidən dizayn edərək həyatımıza qatacaq olan yeni bir telefon şirkəti quruldu.Nokianın heç şübhəsiz bütün dünyada olduğundan daha çox ölkəmizdə yeri daha başqadır. 3310, 1110 və s. ilk modelləriylə yanaşı daha yaxın tarixdə olan N və E seriyalarını xatırlayarıq. Dizayn olaraq olduqca görkəmli olan N seriyası və biraz BlackBerry-ni xatırladan və iş adamları üçün hazırlanmış klaviaturalı E seriyalarını hələ də istifadə edənlər var. 
    Nokia brendiylə  istehsal olunan  Microsoftun  telefonları, Nokianın öz istehsal edəcəyi telefonlar və HMD-dən gələcək klassik Nokia modelləri ilə darıxdığımız markanı bir çox fərqli formalarda görmək bizləri olduqca sevindirir. Ancaq görünüşə görə, sanki gələcəyə getmək yerinə geri getməyə başladıq. Nokianın klassikləriylə geri qayıtması, Pokemon çılğınlığının yenidən artması kimi təfərrüatlar sanki hal hazırda 2016-cı ildə deyil də 90-cı illərin sonunda və 2000-ci illərin əvvələrindəymişik kimi hissetdirməyə başladı. Və yeni qurulan "HMD Global” adlı bir şirkət, Nokianın bu klassikləşən telefonlarına sadiq qalaraq yenidən istehsal edəcəyini vurğulayır. Nokianın marka və logosuna sahib olan HMD gözəl bir addım ilə Microsoft-dan istifadə haqqı üçün lisenziya alaraq həyata keçirəcəyi layihə ilə Nokia-nın klassikləşən modellərini yenidən canlandıracaq.
     
    Linki kopyala