"Nokia", istifadəçilərinə 1Tbps sürətində internet təklif etməyə hazırlaşır

342

"Nokia", Almaniyada Deutsche Telekom ilə iş birliyi etdiyi fiber testdə sürətini 1 Tbps-ə çatdırıb!

Yüksək internet sürəti haqda müzakirələr uzun zamandır davam edir. Hətta indiyədək 1 Tbps sürəti təklif edən müxtəlif operator və internet serverləri mövcuddur. 1 Tbps kimi inanılmaz sürətli məlumatların çatdırılması həmişə ancaq testlərdə qarşımıza çıxmışdı. Ancaq Nokia Bell Labs, Deutsche Telekom Münix Tekniki Universitetinin ortaqlığı ilə təşkil olunan testlərdə "günlük normal şərtlərdə” 1Tbps sürətinə çata bildi.Yəni indiyədək edilən yüksək sürət testlərindən fərqli olaraq normal internet yüklənməsini simulyasiya edən komanda, yüklənməyə baxmayaraq 1 Tbps sürəti verə bilən ilk çalışmanı ortaya qoya bilib. Klassik fiber sistemindən 30% daha yaxşı və sürətli məlumat təklif edən bu sistem şəbəkələrin fiberə keçməsilə sürəti ələ keçirmiş ola bilər. Nəticə etibarilə, edilən yeniliklər illər sonra da olsa 5G mobil məlumatların sayəsində telefon və planşetlərimizdə, fiber optik infrastrukturlar sayəsində isə evlərimizdə 1 Tbps sürətə sahib ola biləcəklər. Ancaq bu gələcəyin yaxın olmadığı da açıqdır.