Nokia-nın daha bir ağıllı telefonu, Nokia Z2 Plus modeli haqda məlumatlar sızdırıldı

393

Nokia, bir müddət əvvəl yeni ağıllı telefonları ilə bazara giriş edəcəyini açıqladı. Amma belə görünür ki, Nokia bazarda çox ciddi rəqabət formalaşdırmaq niyyətindədir.

Nokia illər sonra yenidən bazara çox ciddi təsir edəcək yeni ağıllı telefonlar üzərində işlər aparır. Belə ki, bir müddət əvvəl Nokia-nın C1 və P modelləri haqda məlumat paylaşmışdıq. İndi isə Nokia-nın yeni Z2 Plus modeli haqqında məlumat paylaşılıb.

Yeni telefonlar haqqında məlumatlar Geekbench testində ortaya çıxdı. Yeni telefonun Android 6.0.1 Marshmallow əməliyyat sisteminə, 1.77 GHz sürətlə çalışan Snapdrago 820 prosessora və 4 GB RAM-a sahib olacağı bildirilir.


Əslində test nümunəsində bu məlumatlar öz əksini tapsa da Çində yerləşən Gizmochin-dan gələn məlumatlarda cihazın 5.2 inç ya da 5.5 inç böyüklüyündə və 2K keyfiyyətdə ekrana sahib olması və həmçinin RAM-ın isə 6 GB ola biləcəyi bildirilir. Cihazın kamerası ilə bağlı heç bir məlumat verilməsə də Zeiss sertifikatlı olacağı bildirilir.

Nokia-nın qısa müddətdə bu qədər yeni telefon tanıdacaq olması texnologiya bazarına da öz təsirini göstərəcək. Bu telefonlardan hansının daha çox rəğbət görməsini isə zaman göstərəcək.