Nokia-nın üç yeni model smartfonunun texniki göstəriciləri sızdırılıb

287

"Nokia” smartfon bazarına bir neçə cihaz ilə qayıtmağa hazırlaşır.

Dünən şirkətin D1C və digər flaqman modeli haqqında texniki göstəricilər internetə sızdırılmışdır. İndi isə daha 3 smartfonun texniki göstəriciləri sızdırılıb. Nokia Pixel adlı ilk cihaz 2 nüvəli Qualcomm Snapdragon 200 prosessoru ilə təchiz olunacaq. "Technote.az"ın "Hi-tech.mail.ru"a istinadın verdiyi xəbərə əsasən bu prosessor köhnə model olduğundan indiki smartfon istehsalçıları ondan istifadə etmirlər. Bu model 1 GB RAM-a sahib olacaq və Android 7.0.1 Nougat əməliyyat sistemi ilə çalışacaq.

Nokia Ara adlı ikinci model də Pixel kimi Snapdragon 200 prosessoru və 1 GB RAM ilə təchiz olunacaq. Lakin birinci modeldən fərqli olaraq Nokia Ara, Android 5.1.1 Lollipop əməliyyat sistemi ilə çalışacaq. Nokia Ara haqqında ilk məlumat vaxtı ikən məşhur junalist Evan Blass tərəfindən bildirilmişdir. Lakin onun verdiyi məlumatlar nəticədə təsdiqlənmədi.

Genymotion Nokia C2-00 PureView adlı üçüncü cihaz isə digərlərindən fərqli olaraq 1 nüvəli Intel Pentium G3220-ə sahib olacaq. Lakin amaraqlısı budur ki, "Intel”in bu çipi əslində iki nüvəlidir və o, ofis kompüterləri üçün nəzərdə tutulub. Bu model smartfon 1.5 GB RAM ilə təchiz olunacaq. Bu cihazların texniki göstəriciləri bir qədər qəribıə görünür. Onların istifadəçilər tərəfindən qurulma olduğunu da istisna etmək olmaz. Lakin "Nokia”nın smartfon bazarına qayıtdığı dəqiqdir.