drzeka zeka kartları

Nokia P haqda məlumatlar sızdırıldı

08.05.2017 0 PAYLAŞIM 5427 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Finlandiyalı şirkət HMD, Nokia markalı Android ağıllı telefonunu təqdim etməyə hazırlaşır.

Hər zaman bir çoxlarının sevimli markası olan Nokia yeni təqdim edəcəyi telefonlarla diqqətləri üzərinə çəkməyi bacarıb. Nokia, 2017-ci il 27 fevralda MWC tədbirində yeni ağıllı telefonlarının nümayişinə hazırlaşır. Belə olan halda hər gün yeni telefonlar haqda məlumatlar gəlməkdə davam edir. İndiyədək gələn məlumatlarda yeni modelin orta seqmentə aid olacağı deyilsə də, son gələn məlumatlar ağıllı Nokia markalarının gözləniləndən daha irəli səviyyədə olacağı diqqət çəkir.


Weibo üzərindən yeni Nokia ağıllı telefonunun prototip görüntüləri yayımlandı və bəzi yeni yer alacaq xüsusiyyətlərdən də məlumat verildi. Mənbənin verdiyi məlumata görə görüntülər Nokia-nın yeni ağıllı telefonu Nokia P-yə aiddir. Məlumatda yeni modelin Snapdragon 835, 6GB RAM və Zeiss linza ilə 23 MP kameraya, həmçinin Quad HD keyfiyyətli ekrana sahib olacağı bildirilib.

Böyük ehtimalla Nokia, MWC 2017 tədbirində ilk əvvəl bir qədər zəif modelləri, bir müddət sonra isə daha yüksək keyfiyyətlərə malik telefonları təqdim edəcək.



<