Nokia P1-in texniki göstəriciləri sızdırıldı!
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Worket”-in iddialarına görə "Nokia”, üst təbəqəyə xitab edəcəyi "Nokia P1”-i tanıdacaq. Ortaya çıxan xüsusiyyətləri ilə diqqət çəkən "Nokia P1”, əgər qəbul edilərsə iddialı şəkildə bazara daxil olacaq!
"Nokia”nın yeni admiral gəmi smartfonunu Barcelona-da keçiriləcək olan "MWC
2017” mərasimində tanıdacağı gözlənilir. Tanıdılacaq olan "Nokia”-nın yeni
admiral gəmisi haqqında xəbərlər gəlməyə davam edir.
Fərqli
üstünlüklərlə istifadəçilərin qarşısına çıxaraq, rəqiblərinin qorxulu yuxusu
olmağı hədəfləyən "Nokia”-nın admiral gəmisi haqqında yeni iddialar ortaya atıldı.
Ortaya
atılan iddialara görə keçən ilin yaz aylarından xatırlayacağınız üzrə "Nokia P1”yenidən gündəm mövzusu oldu. Yeni telefonun adı "Nokia P1-mi yoxsa Nokia 8- mi?”
olacaq sualları hələdə beynimizdə gəzərkən yeni bir iddia bu mübahisələri yenidən
qızışdırdı.
Şaiələr: "Nokia P1, MWC 2017”-də tanıdacaq!
Rus xəbər saytı Worket-ə görə "Nokia P1”, "MWC 2017”-də tanıdılacaq. Technote.az-ın sözügedən mənbəyə
istinadən verdiyi xəbərə
əsasən "Snapdragon 835” prosessoruna malik olan Nokia P1, 6GB RAM və 256 GB-a qədərdaxili yaddaş həcminə sahib olacaq.
"Nokia”-nın
yeni smartfonunun "22.6 MP” arxa kamerasının "Zeiss sertifikatlı” olması gözlənilir.
Əlavə olaraqda suya və toza qarşı dayanıqlı (IP57 sertifikatı) olduğu iddia
edilir.
Nokia P1-də5.3 düym Gorilla Glass 5 ekranın yanında, barmaq izi oxuyucusunun da
olması gözlənilir. "P1”-in istifadəçilərin qarşısına isə 3500 mAh-lıq bir
batareya ilə çıxacağı da sözü gedən detallar arasında yer alır. Əlavə olaraqda "Nokia
P1”in də, yeni ağıllı telefonların olmazsa olmazı olan sürətli şarj xüsusiyyətinə
sahib olacağı təxmin edilir.
"Android 7.0”ilə qutudan çıxması gözlənilən Nokia P1–in 128 GB-lıq modeli şaiələrə əsasən "800
dollarlıq” bir satış qiyməti ilə bazara cıxacağı təxmin edilir. Digər tərəfdən
isə "256 GB”-lıq modeli "950 dollardan” satışa çıxarılacaq.
Nokianın vəzifəli
şəxsləri, iddia edilən bu xüsusiyyətləri təsdiqləmədi. Hələki bu xəbərlər şaiələrdən
ibarətdir amma, Nokia tərəfi qarşıdakı günlərdə bu mövzu haqqında rəsmi açıqlama
verəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!