main-post-cover

    Nokia smartfonları haqqında yeni məlumatlar

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Nokia”nın bu il smartfon bazarına qayıtmağına artıq heç kim şübhə etmir.

    Brendin Malayziyadakı rəsmi distribyuteri olan "Avaxx” şirkəti bu məsələ ilə bağlı bəzi məlumatlar verib. Beləliklə Android əməliyyat sistemli Nokia smartfonlarının istehsalı ilə "Foxconn” şirkəti məşğul olacaq. Onların, bazarda inkişaf etdirilməsində isə "HMD Global” şirkəti iştirak edəcək. Distribyuter həmçinin "Nokia”nın bu il üçün olan planlarının əks olunduğu slaydı da təqdim edib. Slayddan göründüyü kimi bu ilin ikinçi rübündə məşhur brendin adı altında 6-7 ədəd Android əməliyyat sistemli smartfon satışa çıxacaq. Onların arasında həm büdcəli smartfonlar həmdə digər istehsalçıların cihazları ilə rəqabət apara biləcək flaqman smartfonlar olacaq. Bir neçə müddət bundan öncə məlumat paylaşıldı ki, şirkətin bu il üçün nəzərdə tutulmuş flaqman smartfonun adı Z2 Plus olacaq və Snapdragon 835 prosessoru əsasında çalışacaq. Qeyd etmək lazımdır ki, yeni nəsil prosessor artıq CES 2017 tədbirində rəsmi olaraq təqdim olunub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər