main-post-cover

    Nokia və MTC ilk dəfə 5G texnologiyasını sınaqdan keçirdilər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    NokiaMTC şirkətləri 5G texnologiyası sahəsində sürət testi həyata keçiriblər. Test nəticəsində mobil cihazlar vasitəsilə 4.5 GB/s sürətlə informasiya daşınıb. Məlumata görə, 4.5 GB/s maksimal sürətlə 1GB faylı 2 saniyəyə və daha tez müddətə daşına bilir. Bu isə Full-HD filmin 14 saniyədə endirilməsinə şərait yaradacaq. Test zamanı siqnal ötürülməsinin lisenziya tezlikləri 4.65-4.85 GHs-də radikal eni 10 MHs təşkil edib. Qeydiyyata düşmüş nəticələr müxtəlif şəbəkə dalğalarının 5G çərçivəsində istifadəsinə şərait yaradacaq. MTC-in ekspertləri əmindirlər ki, yeni texniki həll əlaqənin yaxşılaşdırılmasına və müxtəlif sahələrdə istifadəyə imkan verəcək. 5G-nin istifadəsinə 2018-ci ildən başlanması nəzərdə tutulur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər