"Nokia"nın əzəli düşməni, "Vertu" şirkətini 61 milyon dollara aldı
Elm & Texnologiya
07.05.2017
Orkhan Karimov
Bahalı lüks mobil telefonların istehsalı ilə məşğul olan "Vertu” şirkəti, Hakan Uzan adlı türk biznesmeni tərəfindən alınıb.
Məlumata əsasən son 5 il ərzində şirkət artıq 3-cü dəfədir
ki, öz sahibini dəyişir. Yeni sahibin isə sözügedən şirkəti əldə olunmasına 61
milyon dollar xərclədiyi bildirilir. Maraqlı fakt isə ondan ibarətdir ki, Hakan
Uzan, Vertu brendini yaratmış "Nokia” ilə qarşıdurmadadır. Vertu, 1998-ci ildə "Nokia”nın
bir filialı kimi yaradılmışdı. Sözügedən brendin ilk mobil telefonu isə 2002-ci
ildə təqdim olunmuşdu. 2007-ci ildə ilk iPhone modeli satışa çıxandan sonra "Nokia”, problemlər ilə üzləşdi.
Buna görə də həmin vaxt "EQT
VI.” şirkəti, Vertu brendini 200 milyon avroya almışdı. 2014-cü ildə isə
lüks mobil telefon istehsalçısı, Hon Konqun "Godin Holdings” fonduna satıldı. Lakin indi biz, şirkətin yenidən
kiməsə satıldığını öyrənirik. Hal-hazırda mərkəzi ofisi Britaniyada olan "Vertu”,
Hakan Uzan-ın Kiprdə qeydiyyatdan keçirtdiyi "Baferton Ltd.” şirkətinin tərkibinə
keçib. Hakan Uzan isə öz növbəsində yeni əldə olunmuş şirkətə investisiya etməkdə
davam edərək onun potensialını açacağını bildirib.
Qeyd etmək lazımdır ki, Vertu modeli mobil telefonlar
tamamilə əl ilə yığılır və sonuncu model olan Constellation, 5000 avro dəyərindədir.
Şirkətin ən bahalı cihazı isə 217.000 avroluq Boucheron Cobra modelidir. Lakin
burdan bir sual yaranır ki, Hakan Uzan-ın "Nokia” ilə qarşıdurmasının burda nə əlaqəsi
var? Hakan Uzan bir vaxtlar Türkiyə bankı, media şirkəti və Telsim mobil
operatoruna sahib ziyalı ailənin nümayəndəsidir. Vaxtı ikən Telsim mobil
operatorunun inkişafı üçün "Uzan Group” şirkəti 90-cı illərdə "Nokia” və "Motorola”dan
müəyyən miqdarda vəsait alırdı. Biznesin aşağı düşməsindən sonra Uzan ailəsini,
3 milyard dollarlıq kreditdən istifadə etmə ilə günahlandırdılar.2002-ci ildə "Nokia”
tərəfindən verilmiş ittiham nətiəsində isə məhkəmə, Hakan Uzan-ı 15 aylıq müddətə
azadlıqdan məhrum etmişdi. 1 il sonra ailənin sahib olduğu şirkətin səhmləri
Türkiyə höküməti tərəfindən alınmışdı. Nəticədə Uzan ailəsi, ölkədən qaçmalı
oldu.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!