main-post-cover

    Nokianın ilk Android Telefonu rəsmi olaraq satışa çıxarıldı!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Və əfsanə geri qayıtdı. Nokia maraqla gözlənilən Android telefonlarından ilkini rəsmi olaraq tanıtdı.

    Telefon bazarına geri qayıtmağa hazırlaşan Nokia, bildiyiniz kimi bu il 6-7 ədəd yeni telefon təqdim edəcək. Bu telefonlardan bəzilərinin MWC 2017-də təqdim edilməsi gözlənilirdi lakin görünüşə görə Nokia daha cəld tərpənmək qərarına gəlib.
    Finlandiyalı "HMD Global” ilə birlikdə mobil cihaz sektorunda yeni smartfonlarla yoluna davam etməyə hazırlaşan Nokia, ilk Android cihazını rəsmi olaraq bazara çıxardı.
    İlk olaraq Çində satışa çıxan Nokia 6-nın xüsusiyyətləri isə belədir:

    5.5-inç 2.5D curvel Full HD ekran
    Snapdragon 430 prosessor
    4GB RAM
    64GB daxili yaddaş sahəsi (microSD dəstəyi)
    İki Simkart xüsusiyyəti
    16MP arxa kamera
    3000mAh batareya
    Dolby Atmos stereo səsgücləndirici, Bluetooth 4.1, LTE
    Android 7.0 Nougat əməliyyat sistemi
    552 milyon ağıllı telefon istifadəçisinin mövcud olduğu Çin bazarının üstünlüyündən faydalanmaq adına Android cihazını sadəcə bu bazarda satışa çıxaran Nokianın sözü gedən telefonu üçün uyğun gördüyü qiymət isə 245 dollardır.
     
    Linki kopyala