Nokianın maraqla gözlənilən möhtəşəm telefonu P1-in dizaynı ortaya çıxdı!

3354

Nokianın Mobil Dünya Konqresində təqdim edəcəyi üst səviyyə smartfonu olan Nokia P1-ə aid dizayn detalları ortaya çıxdı.

Nokianın HMD Global dəstəyi ilə 2017-ci ildə geri dönüş addımı çox sürətlə davam edir. Nokia 6 ilə rəsmi bir giriş edən Nokia, əsl şousunu Mobil Dünya Konqresinə saxlayır. Nokia P1 model adı ilə gələcək olan yeni cihazı texniki parametrləri baxımından kifayət qədər güclü olacaqkən eyni zamanda dizayn baxımından da gözləri oxşayacaq.

Gözləntilərə görə 5.3 inçlik 2K keyfiyyətində IGZO panelə sahib olacaq olan Nokia P1, Qualcomm Snapdragon 835Adreno 540-dan gücünü alacaq. Əlavə olaraq Android 7.0 Nougat ilə gələcək olan cihaz, 3500 mAhböyüklüyündə bir batareyaya da sahib olacaq.

Bu təchizat detallarından başqa dizaynını da konsept olaraq ortaya çıxardan bir videoya görə Nokia P1, güclü bir telefon olmaqla yanaşı olduqca gözəl və göz oxşayan bir dizayna da sahib olacaq. Sözügedən konsepti aşağıdakı videodan izləyə bilərsiniz.