"Nokia"nın məşhur N seriyası geri qayıda bilər
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Nokia”nın məşhur N seriyasının qayıdacağı barəsində iddialar gəzir.
Yeni satışa çıxmış Nokia 6 modeli,
Çində bütün satış rekordlarını qırmaqda davam edir. Smartfonun satıldığı
mağazalar isə çox zaman sifarişlərin çatdırılması barəsində çətinlik çəkirlər.
Görünür insanlar, "Nokia”nın öz N seriyası isə bazarda hökmranlıq etdiyi
vaxtları yaxşı xatırlayırlar. Artıq Nokia brendi ilə smartfon istehsalını
reallaşdıran "HMD Global” şirkəti, məşhur N seriyasını geri qaytara bilər. Hələ
2009-cu ildə "Nokia”, Çində Nseries ticarət nişanını qeydiyyatdan keçirtmişdi.
Lakin bir neçə müddət bundan öncə ona oxşar ticarət nişanı çin dilində
qeydiyyatdan keçib. Hələki qeydiyyatın kim tərəfindən edildiyi məlum deyil.
Buna baxmayaraq qeydiyyatda smartfonlardan söz getdiyini nəzərə alsaq belə qənaətə
gəlmək olar ki, qeydiyyatı məhz "HMD Global” şirkəti edib. İstisna deyil ki,
yaxın zamanda təqdimatı olacaq flaqman smartfon N seriyasının davamçısı olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)