main-post-cover

    "Nokia"nın öz səsli köməkçisi olacaq

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Nokia Solutions” şirkəti, Avropa Birliyində Viki adlı ticarət nişanının qeydiyyatdan keçirilməsi üçün sorğu göndərib.

    Sorğu elə tərtib olunub ki, çox güman Viki, "Nokia”nın səsli köməkçi servisi olacaq və bir növ Siri, Google NowCortana-ya bənzəyəcək. Maraqlısı ondadır ki, yeni ticarət nişanını "HMD Global” deyil, məhz "Nokia” şirkəti qeydiyyatdan keçirtmək istəyir. Qeyd etmək lazımdır ki, "HMD Global” şirkəti növbəti 10 il üçün Nokia brendi adı ilə smartfonlar və planşetlər istehsal edəcək. Həmçinin şirkət dünən Android əməliyyat sistemli ilk nokia modeli olan Nokia E6-nı təqdim etdi. Çox güman ki, şirkətin səsli köməkçisi Viki bu smartfon üçün proqram təminatı üzərindən aktiv olacaq.
    Linki kopyala