"Nokia"nın yeni 3GB RAM-a malik Android smartfonu

4081

Bir zamanların ən sevimli telefon markalarından olan Nokia bir müddətlik aradan sonra geri dönməyə qərar verib

Belə ki, bir müddət əvvəl "Nokia"nın yeni model telefon üzərində çalışdığı haqda xəbərlər vermişdik. Artıq "Nokia"nın yeni model telefonu haqda Geekbench testindən alınan məlumatlar sızdırılıb.

Ağıllı telefonlar çıxmadan bazara liderlik edən "Nokia", yeni telefonları ilə öz sevənlərini sevindirməyə hazırlaşır. Etdiyi anlaşmalar səbəbiylə ağıllı telefon bazarına giriş edə bilməyən Nokia, anlaşmanın sona çatmasıyla yeni telefonlarını təqdim etməyə hazırlaşır.

İlk cihazın Nokia D1C adıyla Geekbench performans testində 5 dəfə test edildiyi ortaya çıxdı. Məlumatlara görə cihaz Snapdragon 430 əməliyyat sistemi, 3GB RAMAndroid 7.0 kimi xüsusiyyətləri özündə birləşdirəcək. Cihazın sahib olduğu xüsusiyyətləri nəzərə alsaq yeni modelin o qədər də bahalı olmayacağını demək mümkündür. Amma təbii ki, yeni modelin "Nokia"nın ağıllı telefon bazarına giriş məhsulu olduğunu nəzərə alsaq, o qədər də pis sayılmaz.

Cihazın test nəticələri isə belədir: