main-post-cover

    Nokianın yeni orta səviyyə telefonu: Heart

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Nokia, smartfon bazarında köhnə imicini təkrar qazana bilmək üçün, yeni modelləri üzərində işləməyə davam edir. Nokia Heart modelinə aid ilk detallar ortaya çıxdı!

    Microsoft ilə olan razılaşmasının bitməsindən sonra ağıllı telefon bazarında təkrar boy göstərməyə başlayan Nokia, sektorun zirvəsində yer aldığı vaxtlarda tətbiq etdiyi daima yeni model təqdim etmək strategiyasına davam edəcəyə oxşayır.
    Beləki, keçdiyimiz günlərdə Nokia 6 modelinin təqdimatını reallaşdırdıqdan dərhal sonra Nokia 8 modeli haqqında ilk məlumatların sızdırıldığı Nokia cəbhəsindən,Snapdragon 835 ilə işləyəcək olan bir flaqman modelinin gələcəyini sizlərə elan etmişdik.
    Bu dəfə isə GFXBench-də, Nokia Heart adını daşıyan orta səviyyə bir ağıllı telefon modelinə aid məlumatlar ortaya çıxdı.

    Nokia Heart istifadəçilərinə nələr təklif edəcək?

    Nokianın bugünə qədər ortaya çıxan bütün modellərində olduğu kimi Android 7.0 Nougat əməliyyat sistemi ilə işləyəcək olan Heart, Qualcomm-un Snapdragon 430 prosessorundan və Adreno 505 GPU-dan güc alacaq.
     
    5.2 inç böyüklüyündəki ekranında 1280x720 piksel keyfiyyət təklif edəcək olan ağıllı telefon, 2 GB RAM və günümüzdə artıq kifayət etməyən 16 GB daxili yaddaş ilə birlikdə gələcək. 13 MP arxa və 8 MP ön kameraya sahib olması gözlənilən Nokia Heart haqqında, hələki başqa məlumatımız yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər