main-post-cover

    Note 7 faciəsindən sonra, "Samsung"un gəlirlərində gözlənilənin əksinə artım baş verib!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Samsung Electronics" 2016-cı ilin 3-cü rübü üçün maliyyə cədvəlini açıqladı. Keçən ay problemli vəziyyətlər yaşayan "Samsung", mənfi hadisələrdən necə zərər aldı?

    Digər hər şirkət kimi "Samsung" da ilin üçüncü rübü üçün maliyyə hesabatlarını mətbuata açıqladı. Interband tərəfindən dünyanın ən dəyərli 7-ci markası seçilən "Samsung", 2016-cı ili gəlirlə yekunlaşdıracaq kimi görünür. 
    2016-cı ilin üçüncü rübündə "Samsung"un satışları 49 Trilyon Koreya Wonu dəyərinə çatdı. Beləcə şirkət 7.8 Trilyonluq gəlirə çatdı. Bu çərçivədən baxdığımızda keçən ilin eyni rübünə nisbətən "Samsung"un gəlirlərinin artdığını müşahidə edə bilərik. 

    Hesabatlara aid digər məlumatlar isə belədir: "Samsung", keçən ilə nisbətən 14%-lik bir artım əldə edərək ən dəyərli 7-ci marka oldu. Şirkətin marka dəyəri 51 milyon 808 min dollar olaraq təyin edildi. Son beş ildir Interband siyahısında yer alan "Samsung" bu mövzuda yenə uğur əldə etdi. 
    Hesabat "Samsung"un istehsal etdiyi ağıllı telefonlar, TV-lər və mebel əşyaları kimi bir çox məhsulu əhatə edir. Keçən aylarda yaşanan Galaxy Note 7 hadisələri şirkətin gəlirinə təsir etməmiş kimi görünür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər