Insan niyə həmişə yuxu görmür?

91

Elə vaxtla olur ki, insan uzun müddət yatdığı zaman yuxu görmür. Bunun səbəbini alimlər müəyyən ediblər.

Tədqiqatçıların sözlərinə görə insan yatan zaman beyin orqanizmin iş prinsipində baş vermiş problemləri aradan qaldırmağa diqqətini yönəltdiyi üçün insan yuxu görmür. Alimlər müəyyən ediblər ki, insan beyni 24 saat ərzində hətta insan yatan zaman belə çalışır. Onlar bir faktı da qeyd ediblər ki, insan yatan zaman beyin xüsusi bir rejimə keçid etmir. Beyin orqanizmdə baş vermiş problemləri aradan qaldırdığı üçün insan yuxu görmür. Bu halda insan həssas şəkildə yatır və kiçik bir səs belə onun oyanmasına səbəb ola bilər. "Technote.az”ın "Vm.ru”a istinadən verdiyi məlumata əsasən bu cür nəticəyə britaniyalı alimlər gəliblər. Daha əvvəl isə britaniyalı alimlər müəyyən ediblər ki, Instagram sosial şəbəkəsində paylaşılmış fotodakı rəng palitrasından insanın depressiya səviyyəsini müəyyən etmək olar.