main-post-cover

    Instagram-a daha bir vacib yenilik gəlir (VİDEO)

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Instagram-ın CEO-su Kevin Systrom-un verdiyi məlumata əsasən şirkət tətbiqdə olacaq canlı yayım funksiyası üzərində çalışır.

    Şirkətin planına əsasən canlı yayım funksiyası Instagram-ın Stories bölməsində reallaşdırılacaq. Məşhur fotoservis, Facebook LivePerisope kimi canlı yayımları etməyə imkan verəcək. Yeni funksiyanın yaxın zaman ərzində təqdim olunacağı gözlənilir. "Technote.az”ın "Macdigger.ru”a istinadən verdiyi xəbərə əsasən yeni funksiyanın necə işləyəcəyi haqqında şirkət heç bir məlumat verməyib. Canlı yayım, tətbiqin Stories bölməsində real zamanda əks olunacaq. Keçən ayın sonunda tətbiqin Android versiyasının rusiyalı istifadəçisi Stories bölməsində Live düyməsini aşkar etmişdi. Həmin düyməyə kliklədikdə isə "Məşhur canlı yayımlar” bölməsinə keçid olunurdu. Lakin həmin vaxtda sözügedən bölmədə heç bir video yox idi.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər