main-post-cover

    Instagram-a istifadəçiləri sevindirəcək yeni funksiya gəlir

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Instagram-a, bir dəfəyə bir neçə foto əlavə etmək funksiyası gəlir.

    Sözügedən funksiya, tətbiqin Android versiyasının betasında artıq aktivdir. Hal-hazırda bir postda bir neçə foto yerləşdirmək funksiyası yalnız reklamçılar üçün təqdim olunub. Lakin yaxın zamanda yeni funksiya bütün istifadəçilər üçün aktiv olacaq. Sözügedən funksiyanı, beta versiya istfadəçiləri aşkar ediblər. Çox güman ki, yaxın zamanda yeni funksiya həmçinin tətbiqin iOS versiyasına da əlavə olunacaq. Posta bir neçə foto və video əlavə etmək üçün birinci fayla bir dəfə toxunuş əvəzinə toxunub barmağı saxlamaq lazımdır. Bundan sonra 10 ədəd foto və video seçmək mümkündür. Həmçinin onlardan hər birinə eyni və ya müxtəlif effektlər tətbiq etmək olar. Post paylaşılanda isə foto və ya videogallery kimi paylaşılır. İstifadəçilər isə öz növbəsində həm postun özünü həmdə foto və videoları ayrı-ayrılıqda bəyənə bilərlər. Beta versiyada olan yeni funksiya hələki nasazlıqlar ilə çalışır. Belə ki, bir postun altında bir neçə video və ya foto paylaşmaq istəyən zaman tətbiq avtomatik olaraq öz-özünə bağlanır. Bundan əlavə olaraq mütəxəssislər ümid edirlər ki, gələcəkdə Instagram digər sosial şəbəkələrdən olan funksiyaları özündə birləşdirə bilər. Məsələn sonradan paylaşılacaq postların yaradılması funksiyası.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər