main-post-cover

    Instagram-a yeni xüsusiyyətlər əlavə olundu

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Facebook, Snapchat-la olan mübarizəsini davam etdirməkdə iddialıdır. Elə buna görə də Instagram bütün Snapchat xüsusiyyətlərini özünə əlavə etməkdə davam edir.

    Hər dəfəsində öz sahib olduğu platformalara yenilik edən Facebook, bu dəfə də Instagram-a yeni bir xüsusiyyət əlavə edib. Yeni xüsusiyyət istifadəçiyə şəkillərini daha maraqlı formaya salmağa şərait yaradacaq.

    Instagram, Snapchat-ın yerini almaqda iddialıdır

    Instagram-da Hekayələr formatındakı foto və videolara artıq stikerlər yapışdırmaq mümkün olacaq. Yeni xüsusiyyət nəticəsində şəkilləriniz daha rəngarəng olacaq.
     
    İstifadəçi çəkdiyi foto və ya videoya uyğun hesab etdiyi stikerləri seçərək onu görüntüdə yerləşdirə biləcək. Hətta istək daxilində stikerin ölçüsünü və yerini dəyişdirə biləcək.
    Istagram, xüsusi olaraq qeyd olunan vaxtlara aid stikerləri də istifadəyə verəcək. Buna misal olaraq Yeni ilə aid stikerləri misal göstərmək olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər