Instagram-dan istifadəçilərin xoşuna gələcək bir yenilənmə daha gəldi!
Sosial Media
07.05.2017
Farid Pardashunas
Son vaxtlarda tamamilə Snapchat-a oxşamağa başlayan Instagram, bu dəfə bir yenilənmə daha təklif edərək istifadəçilərini sevindirdi.
Artıq
kifayət qədər artan Instagram hekayə istifadəsi, yavaş-yavaş Snapchatı
unutdurmağa doğru gedir. Eyni zamanda canlı yayım funksiyasını da işə salan
Instagram, təqdim etdiyi son yenilənmə ilə artıq canlı yayımlarınızı da
yaddaşda saxlamağınıza şərait yaradır.
Beləliklə
Instagram üzərindən edəcəyiniz yayımları mobil telefonunuzda saxlayaraq daha
sonra özünüz təkrar izləyə bilər və nələr baş verdiyinə təkrar göz ata bilərsiniz.
Bunun həmçinin yarana biləcək hüquqi problemlərdə də sübut xüsusiyyəti
daşıyacağını da unutmamaq lazımdır. Yəni əgər aranızda Instagramda söz atmağı
ya da yayım verən şəxsi hirsləndirməyi sevən birisi varsa artıq bundan sonra
böyük problemlər yaşaya bilər.
Linki kopyala
Həftənin xəbərləri
Süni zəkanın köməyilə yaradılmış dərman insanlar üzərində test edilir
TikTok-un ABŞ-da qadağan edilməsinə hədəflənmiş qanun rəsmi səviyyədə dəstəklənib