"Instagram" yeni maraqlı funksiyalarını təqdim etdi

865

"Instagram", "Snapchat"dan ilham alaraq hazırladığı Hekayələr funksiyası üçün yenilənməsini təqdim edib. Azərbaycandakı "Instagram" istifadəçilərinin də kifayət qədər istifadə etdikləri bu funksiya get-gedə daha da təkmilləşdirilir.

"Technote.az", "Instagram" rəsmilərinin paylaşdıqları məlumata əsasən bildirir ki, Instagramın yeni 9.3 versiyasında, keçən ay təqdim edilən Hekayələr funksiyası üçün bəzi yeni seçimlər əlavə edilib. Bundan sonra istifadəçilər hekayələrinə əlavə etdikləri şəkilləri və videoları telefonlarının yaddaşlarına avtomatik olaraq qeyd edə biləcəklər. Hekayələrdə paylaşılan məzmunların yadda saxlanması, "Snapchat"dan alınan bir başqa xüsusiyyətdir. Bunu aktiv etmək üçün hekayələrin kamera bölməsindəki tənzimləmələrə daxil olmalı və "Paylaşılan şəkilləri yadda saxla" seçimini aktiv hala gətirməlisiniz. Hələki "Instagram" bütün şəkilləri yadda saxlamaq haqqını tanıyır. "Snapchat"da isə istədiyiniz şəkilləri yadda saxlamaq üçün hekayə əlavə edərkən ayrıca seçim haqqınız olur.

 

Əlavə olaraq yenilənmədən sonra istifadəçilər, hekayəsini görmək istəmədikləri şəxsləri səssizə ala(mute) bilərlər. Hekayələri səssizə almaq biraz daha sadə bir yolla reallaşdırılır. Səssizə almaq istədiyiniz hekayənin üstünə klikləyib biraz gözləməyiniz kifayət edir. Beləliklə tətbiq ekranının yuxarısında gördüyünüz bir çox Instagram hekayəsi ilə başa çıxmağınız mümkün olacaqdır. Bir Instagran hesabının hekayəsini səssizə aldığınızda, onun hekayə baloncuğu hekayələr sırasının ən sonuna atılır.

 

Əlavə olaraq "Instagram" hekayələrə yazı əlavə etdiyinizdə bunun rəngini seçmək xüsusiyyətini əlavə edir. Bu kiçik fikir vasitəsilə "Snapchat"dakına bənzər, əyləncəli yazıları şəkillər və videoların üstünə əlavə etmək mümkün olacaqdır. Görünən odur ki, "Instagram" "Snapchat"ın yaradıcı fikirlərini hekayələr xüsusiyyətinə əlavə etməkdə davam edəcək.