main-post-cover

    Instagrama əlavə olunacaq 9 əjdaha funksiya

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    "HYDROP” şirkətinin rəqəmsal direktoru Artyom Pikovskiy Instagram-ın yeni funksiyalarından danışıb.

    Sözügedən funksiyalar hələki tətbiqin developerlər üçün olan versiyasında aktivdir. Artyom Pikovskiy isə tətbiqin bu təcrübi yeni funksiyalarını aşkar edib. Hal-hazırda sözügedən funksiyalar Instagram tərəfindən test edilir və çox güman ki, yaxın zamanda bütün istifadəçilər üçün aktiv olacaq. Aşkar edilmiş həmin funksiyalar siyahısını sizlərə təqdim edirik.
    Yeni funksiyalar arasında artıq fotolara zaman stikerlərini və geolokasiya məlumatlarını yerləşdirmək olacaq. Bu, əsasən səyahət edən bloggerlərin ürəyincə olacaq.
    Fotoları redaktə edən bölməyə, "Stories”dən bəzi funksiyalar inteqrasiya edilib. Artıq çəkilmiş fotoların üzərində yazılar yazmaq mümkün olacaq. Yazı şirftlərinin rəng seçimi isə genişləndirilib.
    Daha bir maraqlı yenilik isə ondan ibarətdir ki, Instagram-da video çəkən zaman kadrı zoom etmək mümkün olacaq. Əvvəllər isə bunun üçün kənar tətbiqlərdən istifadə etmək lazım gəlirdi.
    İstifadəçi xoşuna gəldiyi səhifə və ya hesabı favorilər bölməsinə əlavə edə biləcək. Beləliklə daha sonradan onları axtarmağa ehtiyac olmadan onlara baxmaq olacaq.
    Bir çox istifadəçilərin arzusunda olduqları funksiya gələcək. Belə ki, bundan sonra Instagram-da video çəkən zaman artıq düyməni klikləyib saxlamağa ehtiyac qalmayacaq.
    Daha bir funksiya hansı ki, kənar tətbiqlər vasitəsilə reallaşdırılırdı. Bundan sonra foto kollajları tətbiqin özündə hazırlamaq mümkün olacaq.
    Postların şərh bölməsinin sadələşdirilməsi üçün isə bunu bir klik ilə etmək mümkün olacaq.
    Bundan əlavə olaraq posta yerləşdiriləcək yazıların şriftlərini dəyişmək mümkün olacaq.
    Və ən əsas funksiya isə Instagram-a MSQRD inteqrasiyası olacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər