main-post-cover

    Instagramdan iki möhtəşəm xüsusiyyət: Canlı Yayım və Silinən şəkillər

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Instagram, artıq bir canlı video yayımı platformasına çevrilir. Şəkil paylaşım tətbiqinin bugün paylaşdığı elanda yeni xüsusiyyəti əks olundu.

    InstagramPeriscope və ya Facebook Live kimi, canlı videoyayım xüsusiyyətinə qovuşdu.

    Tətbiqin idarəçiləri, bugün etdikləri açıqlamayla, Instagramın Stories (Hekayələr) xüsusiyyətinə canlı yayım xüsusiyyəti gətirdiklərini elan etdilər.
    Yeni xüsusiyyət, eynilə Storiesdə edilən video paylaşımlar kimi, istifadəçinin videoları qeyd etməsinə imkan tanıyır ancaq canlı yayım edilir. Videonun üzərində kiçik bir "Live/Canlı” ifadəsi yer alır.
    Canlı yayımlar eyni zamanda kəşf et bölməsində, istifadəçini izləməyən digər şəxslərə də görünür.
    Instagram əlavə olaraq, Direct Mesaj üzərindən silinə bilən şəkilləri də həyata keçirdi. Yeni xüsusiyyət vasitəsilə istifadəçilər, onları izləyən digər istifadəçilərə dilədikləri zaman silinə bilən şəkillər göndərə biləcəklər. Əgər şəkili qəbul edən şəxs ekran görüntüsünü almağa çalışarsa, şəkil sahibinə bildiriş gedəcək. Əlavə olaraq istifadəçiyə video göndərilibsə və video təkrar izlənərsə yenə video sahibinə məlumat gedəcək.
    Yox olan mesajlar xüsusiyyəti bugündən etibarən Instagram hesablarında istifadəyə açılır. Live video xüsusiyyəti isə yavaş-yavaş bütün istifadəçilərin hesablarında yerini alacaq.
    Linki kopyala