main-post-cover

    Intel, sürücüsüz avtomobil şirkəti MobilEye-ı 15.3 milyard dollara satın alır

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Sürücüsüz avtomobillər üzərində işləyən günümüzün ən vacib şirkətlərindən biri olan İsrailli MobilEye, Intel-in olur. Intel tərəfindən edilən yazılı açıqlamaya görə, Intel MobileEye-ı 15.3 Milyard dollara satın alır.

    1999-cu ildə qurulan MobilEye, bugünə qədər 515 milyon dollar investisiya almış bir şirkətdir. Tesla-dan Volkswagen-ə, BMW-dən Delphi-yə qədər fərqli şirkətlərlə iş ortaqlığı edən MobilEye sürüş təhlükəsizliyinə fokuslanır. Süni görüş tədqiqatlarında dünyanın ən irəlidə gedən şirkətlərindən biri olan MobilEye, sürücüsüz avtomobilləri2018-ci ildən etibarən kütləvi istehsala hazır hala gətirməyi hədəfləyir.
    Intel-in MobilEye satın alması ilə, şirkətin yüksək performans prosessor və uyğun texnologiyalar sahəsindəki təcrübəsi, kompüter görüşü sahəsində irəlidə gedən MobilEye-ın məlumatı ilə birləşəcək. Bu sintezlə bulud əsaslı sürücüsüz avtomobil həllərinin avtomobil şəbəkələrinə qoşulması mümkün olacaq. Intel-i sürətli böyüməsi gözlənən avtonom sürüş proqramları bazarında ön sıralarda yarışa daxil edəcək olan satın alma, Intelin gələcəyi üçün də kritik bir rola sahib olacaq. Intel 2030-cu ildə avtomobil sistemləri datalarının və xidmətlərinin 70 Milyard dollarlıq bir bazar yaradacağını irəli sürür. 2020-ci ildə sürücüsüz avtomobillərin gündəlik4 min GB data istehsal edəcəyi də Intelin digər bir təxminidir.
    2014-cü ildə Nasdaq-da hissələrini satışa çıxaran MobilEye-ın bazar dəyəri, xəbərlə birlikdə 10.57 milyard dollara qədər qalxdı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər