Internet Explorer 1 Ayda Tam 40 Milyon İstifadəçi İtirdi!

302

"Microsoft"un qocaman brauzeri Internet Explorer, artıq yavaş-yavaş oyundan xaricdə qalır.

Çoxunuzun "Internet Exploreri hələdə istifadə edən var görəsən?" dediyini eşidər kimiyəm lakin bəli, Internet Explorer, hələ də ən çox istifadə edilən brauzerlərdən biridir.

Lakin bu vəziyyət uzun davam edəcəyə oxşamır. Belə ki, Oktyabr ayına olan məlumatlara görə, müştərilərini yeni web brauzeri  Edge-ə keçirmək üçün əlindən gələni edən "Microsoft", buna qarşılıq olaraq tam 40 milyon IE istifadəçisini itirib.
Web Brauzer bazarındakı paylaşıma baxdığımız zaman; Google Chrome, 55%-lik bir bazar payı ilə zirvədə sarsılmaz şəkildə dayanıb. Oktyabr ayında Chrome, bazarda 0.58-lik bir artım göstərib. Bu artımın səbəbi də 2.5-lik eniş yaşayan Internet Explorerdir. Təbii ki 2.5-in sadəcə 0.58-inin Chrome-a getdiyini bildirək. Tortdan ən böyük dilimi alan isə təəccüblü olsa da Firefox oldu.
Təəccüblü deyirik çünki bu ilin Firefox baxımından ən yaxşı il olduğunu deyə bilmərik. Yenə də Firefox, Chrome-un ardından bazardakı yüksəlişinə davam etməkdədir. 

"Microsoft" onsuzda hal-hazırda IE-dən ümidi kəsib oyuna yeni oyunçusu Edge-i daxil etmişdi. Ancaq, baxaq görək Edge, sektorun nəhəng lideri Chrome-a çata biləcək mi?