main-post-cover

    Nvidia istifadəçiləri üçün Facebook Live-a dair şad xəbər

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Nvidia-nın dünən CES sərgisi sırasında elan etdiyi yenilik, PC Oyunçularını çox həyəcanlandıracaq.

    Videokart istehsalçısı Nvidia, GeForce kartları üçün təqdim edəcəyi yenilənmə ilə GeForce istifadəçilərinin birbaşa Facebook Live üzərindən canlı yayın etməsinə şərait yaradacaq.

    Facebook Live, oyun videoları ilə dolacaq

    Twitch YouTube, canlı oyun videoları üçün daha məşhur bir məcra olsa da Facebook da bu sahədə adını duyurmaq istəyir və Nvidia-nı Facebook Live-a dəstək verməsi üçün razı salmışa oxşayır.
    Nvidia, Facebook ilə arasındakı razılaşma və tətbiqin necə işləyəcəyinə dair detallı açıqlama edilmədi amma GeForce Experince tətbiqinə gələcək yenilənmə vasitəsilə, GeForce sahibi bütün oyunçular artıq oyunlarını Facebook üzərində canlı yayınlaya biləcəklər.
    Ekran kartının birbaşa canlı yayım etməyə fürsət verməsi səbəbindən, oyun sevərlərin Nvidia-ya olan marağının da artması gözlənilir.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər