main-post-cover

    Nyu York polisində neçə ədəd sındırılmamış iPhone modeli var?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Manhettenin dairə prokurorluğu Nyu York polisində neçə ədəd sındırılmamış iPhone modeli olduğunu söyləyib.

    Polislər həmin iPhone modellərində olan iOS 8 və daha yuxarı sistem təminatı versiyalarındakı lazımi məlumatları əldə edə bilmədikləri üçün bir çox cinayət işinin üstünü aça bilmirlər. "Technote.az"ın "Macdigger.ru"a istinadən verdiyi xəbərə əsasən Nyu York şəhərinin Manhetten rayonu üzrə dairə prokuroru bildirib ki, kriminalistik laboratoriyada423 ədəd iPhone modeli yerləşir. Həmin cihazlardakı məlumatlar şifrələnmiş halda olduqları üçün dövlət orqanı nümayəndələri həmin məlumatları əldə edə bilmirlər. Həmin modellər arasında 166 ədəd iPhone 6, 66 ədəd iPhone 6 Plus, 63 ədəd iPhone 6s, 51 ədəd iPhone 5s var. Qeyd etmək lazımdır ki, şifrələnmə sistemi "Apple” üçün standart praktikadır. Əgər şifrə bir neçə dəfə yanlış yığılsa onda cihazın daxilindəki bütün məlumatlar silinəcək.
    Polislər iPhone cihazlarındakı şifrələnmə funksiyası ucbatından hansı növ cinayət işlərinin üstünü aça bilmədiklərini qeyd ediblər. Ən çox cihaz (36%) elektron cinayət və şəxsi məlumatların oğurlanması hadisələri nəticəsində əldə olunmuşdur. Cihazların digər 24%-i isə narkotik cinayətlər üzrə əldə edilmişdir. Yerdə qalan iPhone modelləri qəsdən adam öldürmə, zorakılıq, seksual xarakterli cinayətlərə və s. aiddirlər. Polislərin fikrincə iPhone istifadə edən cinayətkarlar yaxşı başa düşürlər ki, sözügedən cihazlarda məlumatların şifrələnmiş şəkildə saxlanması yaxşı vasitədir. Hətta qanun keşikçilərinin sözlərinə görə onlar bir cinayətkardan "Apple”ın bu siyasətini "Tanrının bir vergisi” kimi qələmə verdiyini eşitmişdilər.
    iPhone-da məlumatların qorunması üçün bu cür güclü sistemdən istifadənin vacibliyi ilin əvvəlində ABŞ-da böyük mübahisələrə səbəb olmuşdu. Həmin vaxt ABŞ məhkəməsi cinayətkara məxsus iPhone 5c modelinin hack olunması barədə "Apple”dan FBI-a kömək etməsini tələb etmişdi. Tim Cook isə FBI-nın heç bir tələbəni yerinə yetirməyəcəyini bildirmişdi. Onun sözlərinə görə məhkəmənin bu tələbi Apple istifadəçilərinin təhlükəsizliyini təhdid edir. Həmçinin o əlavə etmişdi ki, şirkət iPhone modellərinin sındırılmasına yönəlik proqram təminatını FBI-a vermək niyyətində deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər