Oculus Rift-ə Xbox One oyun axışı xüsusiyyəti gəlir

43
 

Virtual reallıq eynəyi Oculus Rift çox yaxında Xbox One dəstəyinə qovuşur. Xbox One Streaming to Oculus Rift adını daşıyan tətbiq, 12 dekabrda Oculus Store üzərindən ödənişsiz olaraq yükləməyə təqdim ediləcək.

Oculus Rift istifadəçiləri bu tətbiq sayəsində başda Gears of War 4, Forza Horizon 3 və Halo 5: Guardians olmaq üzrə bir çox oyunu virtual reallıq eynəkləri ilə oynaya biləcəklər. İstifadəçilər Citadel, Retreat və ya Dome olaraq adlandırılan üç mühitdən birində oyun təcrübəsi yaşaya biləcəklər. Xbox One Streaming to Oculus Rift tətbiqi Xbox One ilə evdəki şəbəkə üzərindən əlaqə quracaq. Yalnız vurğulamaqda  fayda var. Xbox One oyunlarında Oculus Rift istifadəçiləri virtual reallıq təcrübəsini tam mənasıyla yaşaya bilməyəcək. Sadəcə oyunlarını böyük bir ekranda oynayırmış hissinə qapılacaqlar.
 
 
    Polad Tağıoğlu
   Redaktor