main-post-cover

    Ofis Paylaşım Startapı "Industrious" 37 Milyon Dollar investisiya aldı

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Ofis Paylaşımı startapı və "WeWork"un rəqiblərindən olan "Industrious", 37 Milyon Dollar investisiya aldı. "Riverwood Capital"ın rəhbərlik etdiyi investisiya turunda "Outlook Ventures" və "Maplewood" da yer aldı.

    Hazırda sadəcə ABŞ-da, aralarında Atlanta, Brooklyn, Los Angeles, Minneapolis, Chicago və Austin kimi şəhərlərin də olduğu 12 fərqli nöqtədə xidmət göstərən Industrious, 1-10 nəfər arası işçisi olan şirkətlər üçün şəxsi ofis sahələri kirayələyir.
    2013-cü ildə Ceymi HodariCastin Stivart tərəfindən yaradılan startap, keçən illərdə gəlirlərini qat-qat artırmışdır və olduqca sürətlə böyümüşdür. İndi isə gələn son 37 Milyon dollarlıq investisiya, yeni Industrious filialları açmaq üçün istifadə ediləcək. Industrious yeni şəhərlərdə yeni məkanlar açmaqla yanaşı, hal-hazırda xidmət göstərdiyi şəhərlərdəki nöqtələridə çoxaldacaq.
    Industrious aldığı 37 Milyon Dollarlıq investisiya ilə dəyərləndirdirməsini yüksəltdi lakin ən böyük rəqibi WeWork-ün aldığı son ivestisiyanın 780 Milyon Dollar və dəyərləndirməsinin də 17 Milyard Dollar olduğunu düşündüyümüzdə Industrious-un rəqabət aparmaq üçün hələ yolun başında olduğunu deyə bilərik.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər