main-post-cover

    Ofisi olmayan startapçı, 5 il ərzində 100 Milyon dollar qazandı

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Brinden Beneskot, Prinston Universitetindən məzun olduqdan sonra texniki sahərdə bir çox fərqli şirkətlə frilans işləyərək 1 il içərisində 1 milyon dollar qazanmağı bacardı.

    Daha sonra qurduğu şirkəti və yüzlərlə işçisi ilə dünyanın hər hansı bir yerindən müştərilərinə xidmət göstərərək 6 ilin sonunda təxmni 100 milyon dollar qazanmağı bacardı.
    Beneskotun qurucu ortağı olduğu "Toptal” şirkətinin keçmişi tələbəlik vaxtlarına qədər çıxır. Universitet vaxtlarında özünü proqramlaşdırma sahəsində inkişaf etdirərək bu şirkəti üstündən frilans olaraq işləyərək müştərilərinə xidmət verməyə başladı. Sərbəst iş sektoruna çox tez alışan Beneskot daha sonra işlərinin genişlənməsi ilə birlikdə frilans işləyəcək başqa işçilər almağa başladı.
    Frilans işləmək üçün istedadlı şəxsləri tutaraq işlərinizi görməyə kömək edəcək bir çox insan var idi ancaq bu insanlara çatmaq üçün təsirli bir sistem yox idi. Bu fikir onu bu şirkəti qurmağa vadar etdi və öz tərkibinə aldığı bir çox developer ilə şirkətlərə uzaqdan dəstək verməyə başladı.
    "Toptal”ın böyüməsi ilə, Beneskot və bu şirkətin digər ortağı Taso Du Val şirkəti Silikon Vadisinə köçürməyin mi  yaxşı fikir olduğunu yoxsa başqa bir yol izləməli olduqlarını mı qərarlaşdırmağa çalışdılar.
    Beneskot, Business İnsider-a verdiyi reportajda :
    "Silikon Vadisinə gedərək 10 milyon dollarlıq bir gəlirə və böyük bir ofisə sahib olacağımızı güman etmək mi? Mən həqiqətən belə bir şey xəyal etmirəm”.
    Ortaqlar, Silikon Vadisindən daha ucuz və eyni zamanda bir çox təcrübəli insanın toplaşdığı yerləri seçməyə qərar verdilər. Və bu düşüncə əsasında ilk seçdikləri yer Macarıstanın paytaxtı Budapeşt oldu. Ancaq bu sadəcə səyahətin başlanğıcı idi.

    "Dünyanın harasında olduğunuz vacib deyil!”

    "Toptal” işçiləri xidmətlərini sərbəst yaşayaraq görürlər. Şirkətin dünya üzrə 30dan çox ölkəsində yüzlərlə işçisi var və hərkəs hər yerdən işləyə bilər. Şirkət əlavə olaraq limitsiz tətil siyasətinə sahibdir və adətən işçilərini tətilə çıxmağa təşviq edir.
    Beneskota görə əgər siz də özünüzü fərqli hiss edirsinizsə, həqiqətən bu həyat tərzi tam da sizə görədir. Müəyyən bir yerə bağlı qalmadan, istədiyiniz yerə gedərək iş yerinizidə özünüzlə birlikdə aparmaq fikri azad yaşamağı sevənlər üçün həqiqətən ideal bir iş növüdür. Bu yeni iş – həyat üsulu yeni işə başlayanlar üçün qəribə gələ bilər ancaq buna alışanlar ənənəvi iş sistemindən daha çox faydalı olurlar. "Toptal” şirkətinin iclaslar üçün yığılacaqları günlərə aid bir cədvəli yoxdur. Əgər bir işçi ilə əlaqə qurmaq istəyirlərsə bunu Skype üzərindən reallaşdırırlar.
    Bu şirkətdə işləyən insanlar gün içərisində bir futbol oyununu izləməyə gedə, kino izləyə və ya yaşadıqları şəhəri səyahətə çıxa bilərlər. Şirkətə ilk dəfə gələnlər günün hər saatında işçilərirn işləməyə hazır ola bildiyini görəndə təəccüblənirlər. Bu onların hər zaman masa arxasında oturduqları mənasına gəlmir. Sadəcə olaraq öz həyatlarını işlərinə uyğun tənzimləyə bilir və lazım olduğunda günün hər saatında iş üçün hazır ola bilirlər.
    Bu qədər çox işçi ilə əlaqəyə eyni anda keçmələri lazım olduğunda isə bunu birdən çox əlaqə vasitəsini işlədərək reallaşdırırlar. Əlaqə keçildiyində işçinin dünyanın harasında olduğu çox vacib deyil. Əsl vacib olan hansı iş üçün hansı işçinin seçilməli olduğudur.
    Bir müddətlik səyahətlərə fasilə verildi
    Beneskot bütün işlərini Budapeştə köçürənə qədər 5 il ərzində 35 fərqli ölkədə yaşayaraq bütün işlərini idarə etdi. Yay aylarını çox sevdiyini bildirən Beneskot, əsasən səyahətlərini o anda yay vaxtında yaşayan ölkələrə görə tənzimlədi. Buna görə də daha çox Avropa ölkələrində və Cənubi Afrikada qalmağa üstünlük verdi. Bu yaşam tərzinin işləri üçün ideal olduğunu bildirdi.

    Bu qədər gəzməyin başqa səbəbi isə Beneskotun özünü əzmkar bir oyunçu olaraq təqdim etməsi və startapını dünya çərçivəsində bir yarışa daxil etməyə çalışmaq olaraq izah edilir.

    Linki kopyala