Oğurladığı pulun 1 milyonunu mobil online oyuna xərclədi
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Gamer olmaq o qədər də asan deyil. Kevin Lee Co adlı şəxs iş yerindən oğurluq edib online oyuna xərclədi.
Bir çoxları geyim, maşın və s. həvəskarı
olsa da, Kaliforniyada yaşayan Kevin Lee Co online oyun həvəskarıdır. Bu şəxsi,
həvəskardan daha çox fanatik adlandırmaq daha düzgün olar. Belə ki, 48 yaşlı
Lee Co iş yerindən 4.8 milyon dollar pul oğurlayıb. O, oğurladığı pulun bir
qismini sürətli maşınlara, NBA sezon oyununa və bir hissəsini əşyalara xərcləyib.
Lee Co oğurladığı pulun 1 milyonunu online mobil oyun olan Clash of Clansvə
Game of War-a xərcləyib.
İşin maraqlı tərəfi isə bu şəxs
2008-2015-ci illər arasında təxminən iş yerindən 5 milyon dollar pul oğurlayıb.
Bu pulun 20%-ni isə reklamlarda Kate Uptonun rol aldığı online oyuna xərcləyib.
Belə görünür ki, Lee Co, Kate fanatıdır.
Bir müddət əvvəl məhkəməsi olan Lee Co, 250.000 dollar pul cəzası və 20 il həbs cəzası alıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!