Öldükdən sonra istədiyiniz ağaca can verə bilərsiniz
Digər
07.05.2017
Farid Pardashunas
Öldükdən sonra istədiyiniz ağaca həyat verə biləcəksiniz.
İtaliyada Anna Citeli və Raoul Bretzel adlı
cütlük Capsuıa Mundi adlı belə layihəni təklif edib. Layihəyə görə öldükdən
sonra istədiyiniz ağaca can verə biləcəksiniz. Belə ki, insan öldükdən sonra
insanın cəsədi təbii materiallar ilə bəzənmiş kapsullarda ağac toxumları ilə
birgə basdırılacaq. Bununla da ağac kökləri bu kapsuldan istifadə edərək lazım
olan qida maddələri ilə daha yaxşı təmin olunacaqlar. Beləliklə, də siz öldükdən
sonra başqa bir canlıya can vermiş olacaqsınız. Bunun üçün xüsusi dizaynla
ağaclar üçün bəsləyici maddələr, təbii və geri dönüşümə uyğun bir dəfn kapsulu
düzəldilib. İşin başqa maraqlı tərəfi isə ölmədən əvvəl "can vermək” istədiyiniz
ağacı özünüz seçə bilirsiniz. Təəssüf ki, hələ ki, İtaliya qanunları layihənin
gerçəkləşməsinə izin vermirlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)