main-post-cover

    Öldüyü düşünülüb Morqa aparıldıqdan sonra ayağa qalxan Kamilin qəribə hekayəsi

    07.05.2017
    Farid Pardashunas

    25 yaşında əslən Polşadan olan Kamil adındakı gənc, həddindən çox qəbul etdiyi spirtli içkidən sonra özünü morqda, yarı çılpaq yatarkən tapıb.

    Heçkimə "spirtli içki iyrənc bir şeydir, qətiyyən istifadə etməyin” kimi bir şey demək bizim həddimizə deyil, amma bu Kamil kimi içməyin də mənası yoxdur. 25 yaşındakı Polşalı Kamil həddindən artıq içdiyi spirtli içkidən sonra elə bir yuxuya gedib ki səhər olanda həm ətrafındakılar həm də təcili yardım işçiləri, onun öldüyünü zənn ediblər – çox güman ki o anda nəbzi həddindən çox zəif atırmış, çünki tibb işçilərinin belə bir səhv edə biləcəklərini sanmıram.
    Ayıldığında özünü morqda, yarı çılpaq bir şəkildə tapan Kamil, soyuqdan hardasa buz tutan bədənini isitmək üçün o anda otaqda olan təhlükəsizlik işçisindən yorğan istəyib. Başqa bir mühitdə olsa normal olaraq çox insani bir istək olardı amma o təhlükəsizlik işçisinin yerində də olmaq istəməzdim.
    Həkimlər, bir qədər tibbi testdən keçirdikdən sonra Kamil-i evinə yola salıblar. Düşünürəm ki, Kamil bundan sonra içki içəcəksə də "qaydasında” içəcək, yoxsa gələn dəfə özünü morqdan bir sonrakı məkan olan tabutda tapa bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər