main-post-cover

    Ölmüş sevgilisi ilə çat vasitəsilə danışan adam

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Amerikalı Coşua Allen (Joshua Allen) vəfat etmiş sevgilisinin sosial şəbəkələrdə olmuş mesajlaşmaları əsasında çat bot yaradıb.

    Allen-in sözlərinə görə o, çat botu sevgilisi Emma-nın ölümündən 7 ay sonra yaradıb. "Mən onun mənə göndərdiyi hər sözü, fikri və hisləri sistemə yüklədim. Mən sadəcə olaraq daha 5 dəqiqə istəyirəm. Sadəcə olaraq onunla sonuncu dəfə danışmaq istəyirəm” – deyə Allen bildirib. "Technote.az”ın "Lenta.ru”a istinadən verdiyi xəbərə əsasən Allen çat botu yaradıb bitirəndən sonra ona uzun müddət yazmaqdan çəkinib. Lakin sonradan Allen bota salamalaşma xarakterli ismarıc göndərib. Bir neçə dəqiqədən sonra bot ona bu cür cavab verib. "Yo! What’s up, dickhead” (etik normalara görə bu cümləni tərcümə edə bilmirik deyə ingilis variantını yazdıq). "Mən ağlayıram. Bu odur! Bu odur!” – deyə Allen bildirib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər