Ölü təqlidi edən ilan sosial mediada hər kəsin marağını cəlb edib
07.05.2017
Farid Pardashunas
Son zamanlar sosial mediada yayımlanan bir
video hər kəsin diqqətini cəlb edib.
Həvəskar herpetoloq Eric Johnson, zəhərsiz
bir indiqo ilanını tutub və ilanın verdiyi reaksiya hər kəsin marağına səbəb
olub.
Təhlükə zamanı hər zaman ya qaçmağa, ya da
savaşmağa üstünlük verən ilan növlərindən fərqli olaraq bu ilanın reaksiyası
bir qədər fərqli olub. Bu ilan aktyorlar kimi ölü təqlidi edib. Eric ilanı ələ
aldıqda heyvan bir anda hərəkət etməyi saxlayaraq, ağzını açaraq özünü ölülüyə
vurub.
Bir çoxları üçün bu reaksiya fərqli olsa
da, indiqo növünə məxsus ilanlar təhlükə anında ölü təqlidi edə bilir. İşin maraqlı tərəfi isə belə bir reaksiya ilə
əvvəllər heç kəsin qarşılaşmamasıdır. Hətta Victoria Universitetində ilanlar
üzrə mütəxəssis olan Gregory daha əvvəllər belə halla rastlaşmadığını
vurğulayıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ