Ömürlük həbs cəzası alan gənc, haqqında çəkilən film sayəsində sərbəst qala bilər

657

Netflix-də yayımlanan bir film ömürlük həbsə məhkum olunmuş gəncin sərbəst qalmasına şərait yaradıb.

Brendan Dassey adlı gənc 16 yaşındaykən əmisinə, törətdiyi cinayətdə köməklik göstərdiyi iddiası ilə ömürlük həbsə məhkum olunmuşdu. Amma qərar bu ilin avqust ayında yenidən başqa bir hakim tərəfindən dəyərləndirilib. Təkrar işə baxan William Duffin adlı hakim "Müdafiə hüququnun pozulduğunu” əsas gətirərək sərbəst buraxılmasını qərarlaşdırıb. Əyalət hakimi qərarı dəstəkləməsə də gəncin vəkili Dasseyin bir neçə həftə içində sərbəst buraxılacağını bildirib.


Belə ki, bu hadisənin maraqlı tərəfi keçən il Netflix-də yayımlanan 10 hissədən ibarət Making a Murderer adlı filmin vacib rol oynamasıdır. Belə ki, filmdə Dasseyin başına gələnlər öz əksini tapıb. Hansı ki, bəzi iddiaların ona zorla qəbul edilməsi, onunla polislərin kobud rəftarı buna misal ola bilər. Məhz belə faktlar onun vəkilləri tərəfindən vurğulanıb.

Bu il yenidən filmin ikinci sezonu çəkiləcək. Bu seriyada da Dassey və onun əmisi haqda hadisələr öz əksini tapacaq.