main-post-cover

    OneDrive artıq limitsiz deyil! Microsoft radikal qərar qəbul etdi!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Microsoft bulud yaddaş servisi OneDrive’da bundan sonra limitsiz yaddaş variantı təklif etməyəcəklərini və mövcud yaddaş variantlarında isə dəyişiklik etdiklərini açıqladı. Belə ciddi qərarın qəbul olunmasına səbəb isə bəzi istifadəçilərin OneDrive’da təqdim olunan yaddaş seçimlərini ciddi şəkildə istismar etmələridir. Bunlara nümunə olaraq bəzi istifadəçilərin öz film kolleksiyalarını və DVR çəkimlərini bulud servisinə yükləmələri göstərilir. Bu halda isə hər istifadəçiyə görə 75 TB yaddaş istismar olunduğu təsbit olunub.
    Yeni yaddaş seçimləri nələrdir?
    • Bundan sonra Office 365 Home, Personal və ya University abunələrinə limitsiz variant təqdim edilməyəcək və yaddaş limiti 1 TB olacaq.
    • Ödənişli olan 100 GB və 200 GB variantları isə 2016-cı ildən etibarən 50 GB yaddaş planı 1.99 dollara təqdim olunacaq.
    • Ödənişsiz olaraq təqdim olunan OneDrive yaddaş seçimi isə hal-hazırda istifadə edən və yeni istifadəçilər üçün 15 GB’dan 5 GB’a salınır. 15 GB’lıq əlavə foto yaddaşı isə ləğv olunur. Bu dəyişiklik də 2016-cı ilin əvvəlindən tətbiq olunacaq.
    Bu dövr istifadəçilərə necə təsir edəcək?
    • 1 TB’dan çox yükləmə etmiş Office 365 abunələri bu dəyişikliklə bağlı məlumatlandırılacaq və artıq olan bütün məlumatları əlavə 12 ay ərzində qorunacaq.
    • Artıq Office 365’in ehtiyaclarını ödəmədiyinə qərar verən Office 365 abunələri geri ödəmə ala biləcək.
    • Ödənişsiz yaddaş variantında 5 TB’ı keçmiş istifadəçilər 2016-cı ilin əvvəllərində ediləcək dəyişikliklərdən sonra fayllarına daha 12 ay ərzində sahib olacaqlar. Əlavə olaraq istifadəçilər 1 TB OneDrive yaddaş daxil olmaqla ödənişsiz 1 illik Office 365 Personal abunəliyinə də başlaya biləcəklər.
    • Hal hazırda 100 GB və ya 200 GB kimi yaddaş seçimlərinə sahib olanlar bu dəyişikliklərdən təsirlənməyəcək.
    Linki kopyala