OnePlus 3T rəsmi olaraq təqdim olundu

75

"OnePlus” şirkəti özünün yeni flaqman smartfonu OnePlus 3T-ni təqdim etdi.

Yeni smartfon bu ilin İyun ayında təqdim olunmuş OnePlus 3-ün təkmilləşdirilmiş versiyasıdır. Yenilənmələr arasında daha güclü prosessor, batareya həcminin böyüdülməsi və təkmilləşdirilmiş kameralar var. OnePlus 3T, 5.5 inç Full HD Optic AMOLED (2.5D Corning Gorilla Glass 4 şüşə örtüklü) ekran, Qualcomm Snapdragon 821 prosessoru, Adreno 530 qrafik çipi, 6 GB RAM, 64/128 GB daxili yaddaş və 3400 mAh enerji tutumlu batareya (Dash Charge xüsusiyyətli sürətli enerji yığma funksiyası ilə) ilə təchiz olunmuşdur. Smartfon faza avtofokuslu və fotonun optik stabilizassiyası özəllikli 16 MP-lik arxa və 16 MP-lik ön kameralara sahibdir. Həmçinin OnePlus 3T "Home” düyməsində barmaq izi skanı və USB Type-C girişi ilə təchiz olunub. Cihaz Android 6.0.1 Marshmallow əməliyyat sistemi üzərində çalışır. 64 GB-lıq daxili yaddaşa sahib OnePlus 3T 439$, 128 GB-lıq daxili yaddaşa sahib OnePlus 3T isə 479$ qiymətində təqdim olunacaq. Smartfonun ABŞ-da satışları 22 Noyabr, Avropada isə 28 Noyabr tarixlərində start götürəcək.