OnePlus 4 haqqında ilk məlumatlar sızdırılıb

245

Bu ilin İyun ayında "OnePlus” şirkəti öz smartfonunun 3-cü nəslini təqdim etmişdi.

İndi isə "AndroidHeadlines” portalında OnePlus 4 smartfonu barəsində ilk məlumatlar ortaya çıxıb. Məlumatlara əsasən şirkət yeni smartfonun prezentasiya vaxtını dəyişməz saxlayacaq və çox güman ki, 2017-ci ilin yay fəslində satışa çıxardacaq. Sözügedən portala istinadən xəbər veririk ki, OnePlus 4 hələ təqdim olunmamaış 10 nanometrlik Qualcomm Snapdragon 830 prosessoru, Adreno 540 qrafik çipi, 8 GB RAM və yüksək sürətli X16 LTE modemi ilə təchiz olunacaq. Həmin modem vasitəsilə saniyədə 980 Mbit qoşulma sürəti təmin edəcək. Həmçinin smartfon 23 MP arxa kameraya və 400 mAh enerji tutumlu batareyaya sahib olacaq. OnePlus 4, Andoid 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışacaq.