Opera`dan Microsoft`a cavab gecikmədi
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Microsoft şirkəti keçən gün yeni nəsil internet brauzeri olan Edge'nin batareya performansını göstərmək üçün maraqlı və bir o qədər qəribə reklam yayımlamışdı.
Bu reklamda dünyanın ən çox istifadə edilən brauzeri Google Chrome ilə son dönəmlərdə özündə daxili reklam əngəlləmə və battery saver rejimi ilə önə çıxan Opera qarşısına çıxarılan Edge, performans qalibi elan edilmişdi. Bu videoya Opera'dan cavab gecikmədi və daha doğru edildiyi iddia edilən testlərin nəticəsində Opera Edge'yi keçə bildi. Windows 10 əməliyyat sistemi üzərindən edilən testlərdə Opera, reklam əngəlləmə və power save rejimi ilə Edge'yi 22%, Chrome'u isə 35% həcmində keçərək sistemi daha çox açıq tuta bildi.Microsoft'un yayımladığı videonu böyük reklam
işi olaraq görən və real nəticələrin isə başqa cür olduğunu qeyd edən Opera, son
dönəmlərdə həm mobil, həm stolüstü istifadə sayını artırır və hər cəhətdən
sistemi ağırlaşdıran Chrome'dan daha yaxşı seçim kimi qarşımıza çıxır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Bütün iPhone 16 smartfonlarının xarici görünüşləri bir fotoda sərgilənib
Dünyanın ən sürətli internetinə malik ölkələri bəlli olub!