main-post-cover

    Osminoqların, Yer kürəsinə aid canlılar olmadıqları nəzəriyyəsi irəli sürülüb

    07.05.2017
    Farid Pardashunas

    Çikaqo Universitetinin mütəxəssisləri fikirləşirlər ki, osminoqlar heç də Yer kürəsinə aid canlılar deyillər.

    Onların fikrincə bu canlılar məhz yadplanetli sivilizasiyasının nümayəndələridir. Bunun üçün mütəxəssislər, osminoqların DNT-lərini incələyiblər. Onlar belə bir qənaətə gəliblər ki, bu canlılar Yer kürəsində yarana bilməzdilər. Osminoqların genomları çox mürəkkəbdir. Onların genomları bizdəki kimi uzundur. Genləri kodlaşdıran zülalların sayı isə insandakından daha çoxdur. Bu göstərici 33.000-dir. İnsanda isə bu göstərici 25.000 təşkil edir. Osminoqlarda olan bu cür göstərici, Yer kürəsində yaşayan heç bir digər canlıda yoxdur. Məhz bu baxımdan mütəxəssislər belə qənaətə gəliblər ki, osminoqlar heç də Yer kürəsinin köklü canlıları deyillər. Bununla yanaşı onların Yer kürəsinə necə və hardan gəldiklərini heç kim bilmir. Bəlkə də onlar yadplanetli sivilizasiyanın nümayəndələridir. Bundan əlavə olaraq qeyd etmək lazımdır ki, osminoqlar, Yer kürəsinin ən ağıllı canlılarından biridir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər